16.09.2021“Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans2021-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 103 illiyi münasibətilə Xəzər Universitetinin Tarix və arxeologiya departamentının təşkilatçılığı ilə universitetdə “Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans keçirildi. Konfransda Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Humanıtar, təhsil və sosyal elmlər fakultəsinin dekanı Elza Səmədova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, digər müəllimlər, tələbələr və Türkiyə səfirliyinin nümayən...
12.09.2021Humanitar, təhsil və sosial elmlər fakültəsi İstanbul Aydın Üniversitetinin Fənn ədəbiyyat fakültəsi ilə görüş keçirib2021-ci il sentyabrın 8-də Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsi ilə İstanbul Aydın Üniversitetinin Fənn ədəbiyyat fakültəsinin əməkdaşları arasında virtual görüş keçirilmişdir. Görüşdə Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu Quliyev, departamentin müəllimləri Orxan Zamanov və Dr. Bayram Quliyev, assistenti Ceyran Məmmədova, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, Dillər və əd...
27.08.2021Dillər və Ədəbiyyatlar Departamenti Youtube kanalındaXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Youtube kanalında elmi-populyar verilişlər, ədəbi söhbətlər, elm və sənət adamları ilə müsahibələr və s. aparmaq məqsədilə AZBN TV hesabında fəaliyyət göstərməyə başlamışdır. İlk olaraq, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Səni çox sevirdim” şeiri departamentin müəllimi Gülşanə Xudiyeva tərəfindən səsləndirilmiş və Youtube kanalında yerləşdirilmişdir. https://www.youtube.com/watch?v=FEFu0HpXWT0&t=5s ...
26.08.2021“Xəzər”in müəllimi Azərbaycan radiosu ilə TRT1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində2021-ci il avqustun 20-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı Azərbaycan radiosu ilə Türkiyənin TRT1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan və iki ölkədə yayımlanan “Durna teli” verilişinin canlı yayımda qonağı olub. Qeyd edək ki, Azərbaycan radiosu ilə yayımlanan verilişi təşkil edənlər Əhməd Oğuz, Dilşad Tahirqızı, Rövşən Sabiroğlu və Gülsüm Dadaşovadır. Bir saatlıq ortaq yayımın ilk yarım saatında “Türkiyənin səsi” radiosundan Yasəmən Pamukçunun ap...
07.06.2021Dillər və ədəbiyyatlar departamentində dissertasiya işinin ilkin müzakirəsi2021-ci il mayın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin doktorantı Ayna Babazadənin filologiya üzrə fəlsəfə doktorluğu üçün “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirildi. İclası departamentin müdiri dosent Dilbər Zeynalova açaraq, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq əyani və onlayn şəkildə qoşulan iştirakçıları salamladı, dissertasiya işinin və onun avtoreferatının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının...
01.06.2021Türkiyəli ədəbiyyatşünas Nizami Gəncəvi yaradıcılığına dair elmi seminar keçirmişdir2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi çərçivəsində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Nizami yaradıcılığına həsr olunmuş “Nizami Gəncəvi-880” adlı layihə həyata keçirməkdədir. 2021-ci il mayın 22-də Türk ədəbiyyatşünası, eyni zamanda Türk Dünyasının tanınmış siması prof. dr. Mustafa İsenin iştirakı ilə “Türk Dünyası edebiyatında Nizamî etkisi” mövzusunda virtual elmi seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir...
29.05.2021Elmi Şuranın Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası2021-ci il mayın 27-də Xəzər Universitetinin Elmi Şurasının Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası keçirildi. İclasın əvvəlində tanınmış pedaqoq, təhsil təşkilatçısı, Xəzər Universiteti və “Dünya” məktəbinin həmtəsisçisi, universitetin Direktorlar və Qəyyumlar Şurasının humanitar işlər üzrə müşaviri Nailəxanım İsayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Nailəxanım İsayeva haqqında xatirələrini şura üzvləri və qonaqlarla bölüşərək, onu həyatı və işini se...
27.05.2021Dillər və ədəbiyyatlar departamentinin müəllimi Türkiyədə keçirilən beynəlxalq elmi simpoziumda2021-ci il mayın 20-21-də Türkiyənin Qazi Universitetində “Bilge Tonyukuk Anısına 3. Uluslararası Türk Dili ve Edebiyatları Öğretimi Sempozyumu” keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova simpoziumda “Müstəqillikdən sonra klassik Azərbaycan ədəbiyyatının tədrisi (Xəzər Universiteti örnəyində)” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur....
24.05.2021Dillər və ədəbiyyatlar departamentinin müdiri Türkiyədə keçirilən beynəlxalq elmi konfransda2021-ci il mayın 20-21 də Türkiyənin Qazi Universitetində “Bilge Tonyukuk Anısına 3. Uluslararası Türk Dili ve Edebiyatları Öğretimi Sempozyumu” keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova “Ədəbiyyatın tədrisində ortaq türk konteksti” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur....
27.04.2021“Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs2021-ci il aprelin 24-də Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər fakültəsinin I kurs tələbələrinə Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş “Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs keçirilib. Universitetin İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinin də qatıldığı açıq dərsdə Təbrizdən tanınmış şəhriyarşünas, “Qürub” dərgisinin baş yazarı Rza Həmraz iştirak edib. M.Şəhriyarın öz səsində “Yalan düny...
18.04.2021“Nizami Gəncəvi – 880” mövzusunda dəyirmi masa2021-ci il aprelin 17-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – 880” mövzusunda onlayn dəyirmi masa keçirilib. Dəyirmi masada universitetin tələbələri və əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Kastamonu Universiteti, Karabük Universiteti və Şimali Kipr Doğu Akdeniz Universitetinin müəllim və professor heyəti iştirak etmişlər. Dəyirmi masanı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir iştirakçılarını sa...
17.04.2021Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri mövzusunda dəyirmi masa2021-ci il aprelin 15-də Xəzər Universitetinin "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisi Lənkəran Peşə Liseyinin müəllim və tələbə heyəti ilə birgə “Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri” mövzusunda onlayn dəyirmi masa keçirib. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı “Azərbaycan şairi Nizami” kitabında Nizaminin bir Azərbaycan şairi olmasının sübut edildiyinə diqqət çəkib. Tədqiqat müəllifinin Nizaminin yaşadığı zaman və şəraitdə dilin milli mənsubiyyəti bil...
10.04.2021“Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ dərs2021-ci il aprelin 9-da Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər, İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova və fənn müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ onlayn dərs keçirilib. Dərsdə C.Cabbarlı ev-muzeyinin direktoru, C.Cabbarlı Fondunun prezidenti Qəmər Bağırova iştirak edib. Qonağı salamlayan D. Zeynalova Cəfər Cabbarlının qeyri-standart və q...
09.04.2021Xəzər Universitetində Fransız dili bayramıAprelin 2-də Xəzər Universitetində Frankofoniya həftəsi çərçivəsində Fransız dili bayramı keçirilmişdir. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Fatma Ağayevanın təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə departamentin müdiri dosent Dilbər Zeynalova açmışdır. O, Xəzər Universietinin təməl prinsiplərində mədəni müxtəlifliyin dayandığını vurğulamış, belə tədbirlərin mədəniyyətlərin inteqrasiyasında əvəzsiz rolunu qeyd etmişdir. Fransanın Azərbaycandakı səfirliyinin Mədəni əməkdaşlıq və fəailyyət üzrə məsləhətçisi Jerom Kel və Məd...
03.04.2021“Azərbaycan poeziyasında Mirzə Ələkbər Sabir mərhələsi” mövzusunda inteqrativ dərs2021-ci il aprelin 2-də Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı və M.Ə.Sabir Fondunun prezidenti, Bakı Dövlət Universitetinin dosenti Sevda Tahirlinin moderatorluğu ilə “Azərbaycan poeziyasında M.Ə.Sabir mərhələsi” mövzusunda inteqrativ onlayn dərs keçirilib. Dərsə Humanitar, təhsil və sosial elmlər, Təbiət elmləri və mühəndislik fakültələrinin yuxarı kurs tələbələri və Polşa, Türkiyə universitetlərindən tələbələr də qatılıb. ...
09.03.2021“Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda seminarMartın 8-də Nizami Gəncəvi ili ilə əlaqədar “Xəzər”in ədəbiyyat səyyahları” adlı ədəbi-fəlsəfi məclisi universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda onlayn seminar keçirmişdir. Tədbirin qonağı - Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev mövzu ətrafında araşdırmalarından danışmışdır. Seminarda universitet tələbələrindən Aydan Nağıyeva, İlkanə İbrahimbəyli, Şəms Qurban...
01.03.2021Professor Hamlet İsaxanlının doğum günü münasibətilə Xəzər Universiteti tələbəsinin təbriki2021-ci il martın 1-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Dil və ədəbiyyat ixtisasının IV kurs tələbəsi Səma Qasımova Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının doğum günü münasibətilə bakupost.az saytında məqalə dərc etdirmişdir. Məqalədə Hamlet İsaxanlının şəxsiyyətindən və poeziyasından bəhs olunur. Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar: https://www.bakupost.az/hamlet-isaxanlinin-tanriya-catdirmaq-istedikleri ...
01.03.2021Dillər və ədəbiyyatlar departamenti müəlliminin məqaləsi Вченı записки jurnalındaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının Ukrayna Təhsil və Elm Nazirliyi V.İ.Vernadski adına Tavriya Milli Universitetinin rüblük Вченı записки jurnalında “Идеолого-эстетические, теоретические основы гражданской лирики” adlı məqaləsi (2020-ci il, № 4, səh. 85-90) dərc edilmişdir. Məqalədə vətəndaşlıq lirikasının dünya, Avropa və rus ədəbiyyatı, xüsusən də, Azərbaycan poeziyası kontekstində ideya-estetik, nəzəri əsaslarına diqqət yetirilir, vətəndaşlıq mövqeyinin daha çox romantizm cərəyanında öz...
28.02.2021Xəzər Universitetinin tələbəsi Hamlet İsaxanlı poeziyasından yazdı2021-ci il fevralın 27-də qaynarinfo.az saytı Dillər və ədəbiyyatlar departamenti Dil və ədəbiyyat ixtisasının IV kurs tələbəsi Səma Qasımovanın Hamlet İsaxanlı poeziyasına həsr olunmuş “Səni sevdim çox sadəcə” adlı məqaləsini dərc etmişdir. Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar: https://qaynarinfo.az/az/seni-sevdim-cox-sadece/...
23.02.2021Nizami Gəncəviyə həsr olunmuş inteqrativ dərsAzərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq 2021-ci il fevralın 20-də Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilmişdir. N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizxanlı ilə birgə dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, universit...
02.02.2021“Xəzər”in müəllimi bir neçə saytda tələbəsi haqqında yazı və onun şeirlərini təqdim etdiXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı 2021-ci il yanvarın 31-də nuh.az, aqreqator.az və qaynarinfo.az saytlarında tələbəsi - Humanitar, təhsil və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aydan Nağıyeva haqqında yazı və onun şeirlərini təqdim etmişdir. Bu, Aydan Nağıyevanın mediada ilk poetik debütüdür. Qeyd edək ki, onun 2020-ci il noyabrın 23-də artkaspi.az saytında dərc olunmuş “İntuisiyanın qətl fərmanı” adlı məqaləsi maraqla qarşılanm...
06.01.2021“Türk Dünyası Mədəniyyəti” dərsində Akdeniz Universiteti müəllimi ilə görüş2020-ci il dekabrın 24-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyəti Akdeniz Universitetinin Türk Dili və Ədəbiyyatı Bölümünün müəllimi Dr. Lazzat Urakova Yanç`la “Türk Dünyası Mədəniyyəti” dərsində görüş təşkil edildi. Görüşdə “Türk Dünyası Mədəniyyəti” fənnini öyrənən tələbələrlə yanaşı, departamentin müəllimləri də iştirak etdilər. Dr. Yanç “Türk Dünyası Aytısları (Deyişmələri/Atışmaları)” adlı məruzə ilə çıxış edərək, Türk dünyasında geniş yayılan deyişmələr haqq...
30.12.2020Tehsil-press.az “Xəzər”in tədqiqatçılarının məqaləsinin “Uluslararası Halkbilimi Araştırmaları Dergisi”ndə dərc olunması haqqında2020-ci il dekabrın 30-da Tehsil-press.az informasiya agentliyi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı Aynur Qəzənfərqızının həmmüəllifi olduqları “Dedikodu halkbilim türü müdür” adlı məqalənin “Uluslararası Halkbilimi Araştırmaları Dergisi”ndə (Türkiyə) dərc edilməsi haqqında xəbər yaymışdır. Xəbəri bu link vasitəsilə oxumaq olar: http://tehsil-press.az/index.php?newsid=54713#newsbase1...
27.12.2020Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ədəbiyyat Muzeyinin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfransda2020-ci il dekabrın 23-25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Sevinc Ağayeva konfransda “Yusif Məddahın “Məqtəli-Hüseyn” əsəri məqtəli janrı kontekstində” adlı məruzə ilə çıxış etmişdir....
26.12.2020“Xəzər”in tədqiqatçılarının məqaləsi “Uluslararası Halkbilim Araştırmaları Dergisi”ndəXəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı Aynur Qəzənfərqızının həmmüəllifi olduqları “Dedikodu halkbilim türü müdür” adlı məqalə “Uluslararası Halkbilim Araştırmaları Dergisi”ndə (Türkiyə) dərc edilmişdir (cild 3, sayı 5). Tədqiqat işində folklorşünaslıqda dedi-qoduya ilk dəfə janr kimi yanaşılmış, örnəklər ilə sübut olunmağa çalışılmışdır. Həmçinin internet resurslarından dedi-qodunun müasir mətnləri toplanılmış, nyuslor ...
26.12.2020Artkaspi.az saytı Xəzər Universitetinin "Dillər və ədəbiyyatlar” departamentində "İnteqrativ dərs” layihəsinə start verilməsi haqqında2020-ci il dekabrın 24-də Artkaspi.az saytı Xəzər Universitetinin "Dillər və ədəbiyyatlar” departamentində "İnteqrativ dərs” layihəsinə start verilməsi haqqında xəbər yaymışdır. Xəbəri aşağıdakı linkdə oxumaq oalr: http://www.artkaspi.az/az/xezer-universitetinde-inteqrativ-ders-layihesine-start-verilib/ ...
24.12.2020Xəzər Universitetində “İnteqrativ dərs” layihəsinə start verilmişdirÇağdaş dünyada sürətlə gedən dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. İnformasiyaların genişləndiyi bir dövrdə təhsildə baş verən sürətli dinamikanı izləmək və ona uyğun olaraq inkişaf etmək ən səmərəli strategiyalardandır, başqa sözlə, inteqrasiya müasir təhsil prosesinin özünəməxsus keyfiyyət göstəricilərindən biridir. Milli kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Bu baxımdan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti “İnteqrativ dərs” layihəsinə start vermişdir. 202...
21.12.2020“Xəzər”in müəllimi beynəlxalq simpoziumlardaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova Türkiyədə keçirilən beynəlxalq simpoziumlara qatılmışdır. 2020-ci il oktyabrın 29-da Ankarada keçirilən “Etimesgut Uluslararası Türk Kültür ve Sanatı Sempozyumu”nda “Mirze Mehti Şükuhinin anadilli Divanı” və noyabrın 2-də Kostomonu Universitetində keçirilən “VI. Uluslararası Şeyh Şa’bân-ı Velî (yesevilik) Sempozyumu”nda “Akademisyen V.A.Gordlevski`nin araştırmalarında Türkiye`nin din tarihinde şeyhlerin – tarikatların yeri ve Hoca Ahmed Yasevi” adda məruzə...
06.11.2020Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı virtual beynəlxalq simpoziumdaOktyabrın 21-23-də Ankarada Qazi Universitetinin təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin açılışının 100 illiyinə həsr edilən “XII Uluslararası Dünya Dili Türkçe” Simpoziumukeçirilmişdir. Simpoziumda Xəzər Universiteti Dillər və ədəbiyatlar departamentinin əməkdaşı Dr. Zəminə Ziyayeva da iştirak etmişdir. Qeyd edək ki, simpoziumun bütün iclas salonları Azərbaycanın şəhər adları ilə adlandırılmışdı. Simpoziumun açılış və bağlanışında çıxış edən türkoloq və dilçilər Azərbaycandakı mövcud vəziyyətə də toxunaraq, dünyanın çoxlu ölkəsindən...
16.03.2020AZƏRTAC Xəzər Universitetinin müəlliminin beynəlxalq simpoziumda məruzə etməsi haqqında xəbər yayıb2020-ci il martın 13-də AZƏRTAC Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, dosent Xatirə Yusifovanın Türkiyənin Ege Universitetinin Qadın Problemləri üzrə Araşdırma və Tətbiq Mərkəzi tərəfindən keçirilmiş I Beynəlxalq Qadın Simpoziumunda iştirakı və məruzə etməsi haqqında xəbər yayıb: https://azertag.az/xeber/Xezer_Universitetinin_muellimi_beynelxalq_simpoziumda_chixis_edib-1439755...